Azərbaycan
torpaqlarını 30 il işğal altında saxlayan nankor qonşumuz ermənistan özünü təcavüzkar
siyasəti üzündən mağmun vəziyyətə salıb. Bütün regional layihələrdən təcrid
olunub. Hazırda bu ölkədə siyasi, sosial və iqtisadi böhran fəlakət həddinə
çatıb və zaman işğalçıya heç bir uğurlu prespektiv vəd etmir. Ölkəmiz öz qələbəsi
ilə, apardığı daxili və xarici siyasət nəticəsində
imza atdığı zəfərinin sevincini hələ də yaşamaqddır. Eyni ilə zaman da Azərbaycanın
xeyrinə işləməsi aşkar faktdır. Hazırda Qarabağda 11 müxtəlif istiqamətdə
avtomobil yolları çəkilir ki, bunların da ümumi uzunluğu 770 km çoxdur. Bölgədə
tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsi ilə daşınmalar da həm əhalinin
Qarabağa qayıdışına, həm də orada icra olunan iqtisadi layihələrin səmərəliliyinin
artmasına xidmət edəcək. Yeri gəlmişkən ölkəmizin reallaşdırdığı bütün nəqliyyat
layihələrin, 2023-cü ilə dək Füzuli, Zəngilan və Laçında bir –birinin ardınca
açılması nəzərdə tutulan hava limanları, çəkilən avtomobil və dəmir yolları
qlobal inteqrasiya proseslərinin də xeyli sürətlənməsinə imkan verəcək. Qlobal
baxımdan isə Avropa və Asiyanın daha sıx
iqtisadi inteqrsiyasını təmin edəcək.
Bu gün Şuşada, Ağdamda, Füzulidə və Qarabağın
digər rayonlarında həyata keçirilən bərpa-quruculuq tədbirləri hər kəsdə tükənməz
qürur və məmnunluq hissi yaradır. Azərbaycan Prezidenti hələ 2020-ci ilin
noyabr ayında həmin ərazilərdə bərpa –quruculuq işlərinin sürətlə aparılması məqsədi
ilə Əlaqələndirmə Qərərgahı yaradılması barədə sərəncam imzalamışdır. Həmin qərərgah səmərəli və məqəsədyönlü fəaliyyət
göstərir. Onun nəzdindəki idarələrarası mərkəzin tabeliyində isə 10-dan çox
işçi qrupu var. Bu qruplar bərpa fəaliyyətinin bütün istiqamətlərini əhatə
edir. Həmin lahiyələrin içində ən öndə gedən layihələrdən biri də idman
kompleksləridir. Ölkə başçısının hər zaman olduğu kimi gənclərə diqqət və
qayğısı Qarabağ quruculuğunda, görülən yenidənqurma bərpa işlərində də diqqət mərkəzindədir.
Qarabağa qayıdış layihələrində idman kompleksləri geniş yer almışdır. Cənab
Prezidentimizin bölgələrə səfəri zamanı da dönə-dönə vurğulamışdır ki, gənclər
hər zaman bizim diqqət mərkəzimizdədir. Gələcəyimiz olan gənclərimizin
sağlamlığı bizim üçün çox önəmlidir. Buna görə də gənclərimizdə idmana marağı
artırmaq məqəsədi ilə bu sahədə geniş işlər görülməlidir.
Martın 17-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların
Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə
görüş zamanı çıxışında bildirdi ki, Biz uzun illər - 30 ilə yaxın beynəlxalq
arenalarda, istər idman, istər siyasi arenalarında məğlub edilmiş ölkə kimi təmsil
olunurduq. Bunu
etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni, biz həqiqəti olduğu
kimi bilməliyik və deməliyik. Bəli, bu məğlubiyyətin səbəbləri var idi, ovaxtkı
antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici
dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti
şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi və biz
sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan
azad edəcəyik və etdik. Bir daha demək istəyirəm, hesab edirəm ki, o cümlədən
idman sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi
vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi
ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə
biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Belə də oldu.
İşğaldan
azad edilmiş torpaqlarımızda beynəlxalq idman yarışları baş tutacaq. Ordumuzun
qələbəsindən, Cənab Prezidentimizin idmançılara dəstəyindən ruhlanan
idmançılarımız bundan sonra da uğurlu nəticələrlə bizləri qürurlandıracaq. Azərbaycan dövləti vətənpərvər, bilikli, yüksək intellektli gənclərlə və güclü idmançılarla daha da parlaq qələbələr əldə etməklə uğurlu səhifələr açacaq.
Venera Rəsulova,
Xocalı rayon ziyalısı